Akademik Nailə Vəlixanlının yubileyinə həsr olunmuş elmi məqalələr toplusu nəşr olunub

Akademik Nailə Vəlixanlının yubileyinə həsr olunmuş elmi məqalələr toplusu nəşr olunub

AMEA Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən “Tarix və mədəniyyət. Faktlar və dəyərlər” elmi məqalələr toplusu (Bakı: “Nurlar” Nəşriyyat-Poliqrafi ya Mərkəzi, 2020. – 656 s.) nəşr olunub. SİA-nın xəbərinə görə, akademik Nailə Vəlixanlının yubileyinə həsr olunmuş topluda tarixin, şərqşünaslığın, arxeologiyanın, epiqrafikanın, etnoqrafiyanın, sənətşünaslığın, mənbəşünaslığın, tarixşünaslığın, muzeyşünaslığın müxtəlif məsələlərinə dair elmi məqalələr yer alıb. Kitabda Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna alimlərinin 50-dən çox məqaləsi dərc olunub. Məqalələr toplusunun məsul redaktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə