Vilayət Eyvazov Gəncəyə yeni rəis təyin etdi

Vilayət Eyvazov Gəncəyə yeni rəis təyin etdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə yeni rəis təyin edib.

Əmrə əsasən bu vəzifəyə polis polkovnik-leytenantı Nəvayi Qasımov təyin olunub.

SİA-nın bölgə müxbirinin verdiyi məlumatına görə, yeni rəis daha öncə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə