Abşeronda şəhid ailələri ziyarət edilir FOTO

Abşeronda şəhid ailələri ziyarət edilir FOTO
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin çağırışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında TÜİB Başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə yaradılmış "Tək Millət, Tək Ürək" Humanitar Platforması çərçivəsində qardaş Türkiyənin  Diyanet İşleri Başkanlığı, Türkiyə  Diyanet Vakfının və Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din Hizmetleri Müşavirliyinin hər tərəfli köməkliyi ilə Doqquzuncu yardım aksiyası olaraq Abşeron rayonunu əhatə edən bütün şəhid ailələrimizin ehtiyaclarını təmin edəcək sovqatların ünvanlara çatdırılmasına start verilib. SİA-nın verdiyi məlumata görə, layihənin təşəbbüskarları bu layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, eyni zamanda yardımların paylanmasında bizə  hərtərəfli şərait yaradan, ev sahibliyi edən Abşeron rayon İcra Hakimiyyətinin Başçısı İradə Gülməmmədovaya, 50 saylı Abşeron- Qobustan Seçki Dairəsindən Milli Məclisin deputatı Şahin Seyidzadəyə  təşəkkür ediblər. #tekmillettekürək #qardaşlıqqazandı #birmillətikidövlət
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə