Vətən müharibəsində "İrəli" gəncləri həm ön, həm də arxa cəbhədə öz fəallığı ilə seçilib. Azərbaycan tarixinin şanlı qalibiyyət səhifəsi olan 44 günlük Vətən müharibəsində "İrəli" İB-nin 18 gənci ön cəbhədə vuruşub.
Ali Baş Komandanın təltifləri "İrəli"çilərin simasında bütün gənclərimizdə vətənpərvərlik ruhunu daha da gücləndirir. "İrəli" bundan sonra da gənclərimizin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verməyə davam edəcəkdir.
"İrəli" İctimai Birliyi müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun qazandığı qələbəyə görə Azərbaycan xalqını təbrik edir, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyir!
Eşq olsun Azərbaycan Ordusuna, Yaşasın Azərbaycan xalqı, Yaşasın Müzəffər Ali Baş Komandanımız!
Qarabağ Azərbaycandır!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB