Müharibə iştirakçılarına pensiya və müavinətlər təyin ediləcək – Nazir
Şəhid ailələrinə və müharibə əlillərinə diqqət və qayğının göstərilməsi hər zaman dövlət başçısının diqqət mərkəzindədir. SİA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Nazir bildirib ki, son bir ayda 4500-dən artıq şəhid ailəsi və qaziyə baş çəkilib və onlar sosial qayğı ilə əhatə olunub.
S.Babayev bildirib ki, bu il şəhid ailələrinə və müharibə əliilərinə 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulur və bu mənzillərin və fərdi evlərin böyük hissəsi artıq verilib. Nazir vurğulayıb ki, ümumilikdə bu günə qədər şəhid ailələrinə və müharibə aillərinə 9000 mənzil və fərdi ev 7000 avtomobil təqdim edilib.
S.Babayev bildirib ki, ikinci Qarabağ müharibəsində iştirak edən 1560 nəfərin pensiya və sosial təqaüdünün təyin edilməsi artıq təmin edilib və bu iş davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB