Tarixə Şərəf, Ləyaqət, Qürur səhifəsi yazan Ali Baş Komandan - İlham Əliyev
Bu mövzuda YAP Ağcabədi rayon təşkilatında videokonfrans keçirilib
YAP Ağcabədi rayon təşkilatı “Azərbaycan tarixinə Şərəf, Ləyaqət, Qürur səhifəsi yazan Ali Baş Komandan- İlham Əliyev” mövzusunda videoformat şəklində elmi-praktik konfrans keçirilmişdir. Konfransı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açıb.
Təşkilat sədri qeyd edib ki, xalqımızın Ümummili Lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respubilkasının Prezidenti, Silahlı Qüvvəlırin Ali Baş Komandanı cənab İlham Əliyev Prezirent kimi fəaliyytə başladığı gündən daimi olaraq işğal altında olan torpaqlarımızın azad olunması üçün çalışmış, beynəlxalq tədbirlərdə Azərbaycanın haqq sözünü dünya liderlərinə və münaqişənin danışıqlar yolu ilə həll edilməsinə cavabdeh olan ATƏT-in Minck qrupunun həmsədrlərinə dəfələrlə çatdırmışdır: "Lakin münaqişə həll olnmurdu, həmsədrlər mövcud vəziyyəti (status-kvonu) qoruyub saxlamağa çalışırdılar. Birləşmiş Millətlər Təşkilatının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan məlum qətnamələrinin tələbləri yerinə yetirilmirdi. Belə bir vəziyyət Cənab Prezidentimizi qane edə bilməzdi. Onun rəhbərliyi ilə Azərbaycanın iqtisadiyyatını inkişaf etdirilir, ordumuz möhkəmləndirilir, ən müasir silahlar və texhikalar alinir, əsgər və zabitlərimiz dünyanın qabaqcıl ölkələrinə ezam edilir, ən müasir silahlardan istifadə etmək vərdişlərinə sahib olurdular. Həm diplomatik sahədə, həm də informasiya sahəsində Prezidentimiz gərgin işləyir, xalqımızın haqq səsini dünya birliyinə çatdırırdı. Erməni silahlı qüvvələri 27 sentyabrda yeni hərbi təxribatlara başlayanda cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Bu Qələbə xalqımızın üzərindən məğlub, torpaqları işğal altında qalan, qaçqın və köçkün sözünü götürdü. Xalq–Dövlət -Ordu birliyinin ən yüksək səviyyədə olduğunu bütün dünya gördü. Vətən müharibəsinin əhəmiyyəti , mahiyyəti və nəticələri hələ uzun müddət təhlil ediləcək, bu Qələbənin şənınə dastanlar, bədii və elmi əsərlər yazilacaq, filmlər çəkiləcək".
Rayon təşkilat sədri bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, dəmir iradəsi, yeritdiyi güclü daxili və xarıcı siyasət, Preazident kimi 17 illik fəaliyyəti dövründə qəbul etdiyi qərarlar, atdığı addımlar, sərgilədiyi diplomatik gedişlər, qazandığımız qələbəni şərtləndirən başlıca amil olmuşdur.
10 dekabr tarixdə keçirilən Qələbə paradı Azərbaycan ordusunun gücünü, qüdrətini bütün dünyaya göstərdi.Sevindirici haldır ki, bu paradda Azərbaycan xalqının və şəxsən hörmətli Prezidentimizin yaxın dostu, Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da iştirak edirdi. Müharibə ərzində xalqımız hər gün qardaş Türkiyənin siyasi və mənəvi dəstəyini hiss etdi.
Konfransda YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova, I Qarabağ müharibəsinin qazisi Mehdi Mehdiyev, Ağcabədi Bələdiyyəsinin sədri Solmaz Rəhimova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının direktor müavini, tarix üzrə fəlsəfə doktoru Mahir Səlimov, YAP DSMF ərazi ilk təşkilatının sədri Kamilə Zamanlı çıxış edərək cənab Prezidentin Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı olduğunu, Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qarantı, xalqın sosial problemlərinin həllini daim diqqətdə saxlayan, güclü və modern ordu qurucusu, 28 il işğal olunmuş torpaqlarımızı 44-gündə qaytarmağa nail olan bir Sərkərdə kimi dəyərləndirmişlər.
Konfransda YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov söz alaraq Vətən müharibəsi dövründə hamının bir yumruq kimi birləşərək arxa cəbhədə də orduya dəstək olduqlarını bildirdi. Hər kəsə, xüsusən bütün sahələrdə öndə gedən YAP fəallarına təşəkkür etdi.
Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının I müavini YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Döyüş əməliyyatları zamanı Hərbi Hava Qüvvələrinin tabeliyində olan hərbi hissənin döyüş tapşırığının müvəffəqiyyətlə yerinə yetirilməsində fəal dəstək və köməklik göstərdiyinə görə Müdafiə Nazirliyi tərəfindən Yeni Azərbaycan Partiyasının yarandığı gün - 21 noyabrda Fəxri Fərmanla təltif edilmişdir. Bu Fəxri Fərman əslində bizim hamımızın əməyinə verilən qiymətdir.
Sonda N.Bünyatov hamını qazandığımız Möhtəşəm Qələbə, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi, Yeni il münasibətilə təbrik etdi.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB