Azad edilmiş ərazilərimizdə qoşunların təminatı üzrə tədbirlər icra olunur FOTO/VİDEO
Azad edilmiş ərazilərimizdə bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlər görülür.
Müdafiə Nazirliyindən SİA-ya bildirilib ki, Mühəndis Qoşunlarının bölmələri avtomobil və döyüş texnikasının kalonlarının təhlükəsiz hərəkəti üçün yolları bərpa edir və minalardan təmizləyir. Yaşayış məntəqələri və bölmələrimizin yerləşdiyi mövqelər istiqamətində yeni yolların çəkilməsi üzrə fəaliyyətlər icra olunur. Eyni zamanda əkin sahələri də minalardan təmizlənərək orada ilk əkin işlərinə başlanılıb.
Bundan əlavə partlamamış mərmilərin, minaların aşkar olunması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB