YAP Oğuz rayon təşkilatının videokonfransı Prezidentə həsr edilib - FOTOLAR
Bu gün, Oğuz rayon ictimaiyyətilə "Azərbaycan tarixinə Şərəf, Ləyaqət, Qürur səhifəsi yazan Ali Baş Komandan" mövzusunda videokonfrans keçirilib. Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatının təşkilatçılığı ilə baş tutan konfransı Partiyanın rayon təşkilatının sədri Saleh Məhərrəmov açıb.
O, bu ilin 27 sentyabr tarixinə qədər ölkəmizdəki ictimai-siyasi, psixoloji vəziyyəti dəyərləndirdikdən sonra 44 günlük Vətən müharibəsi dövründə müşahidə olunan ümumxalq birliyindən, Zəfər paradının keçirilməsindən və qələbədən sonrakı Azərbaycandan danışaraq, bütün bunların fonunda Ali Baş Komandanın tarixi missiyasını necə həyata keçirməsindən, onun uzunmüddətli, məqsədyönlü, hesablanmış daxili və xarici siyasətindən geniş söz etdi, gələcək prespektivlərdən və preolitet məsələlər ətrafında fikir bildirib.
Söz alan YAP Oğuz rayon Gənclər Birliyinin sədri Elşən Alcansoy da çıxış edərək, başda Ali Baş Komandan olmaqla, müzəffər Azərbaycan Ordusunun hər bir fərdinə minnət hissini ifadə etdi, Uca Allahdan Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, hazırda Vətənin müdafiəsində duran əsgərlərimizə can sağlığı arzuladı. Gənclərin Vətən müharibəsi dövründə və bundan sonrakı proseslərdə tutduğu vəzifə və öhdəliklərdən danışıb və hər zaman Ali Baş Komandanın əsgəri olmağa hazır olduqlarını bildirib.
Sonra isə, Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, Oğuz rayon İcra Hakimiyyətinin başçısının köməkçisi, İdarə Heyətinin üzvü Anar İbrahimov və Mədəniyyət evinin işçisi Anar Huseynov çıxış edərək, cənab Prezidentin doğum gününü təbrik etdi, ona xoş arzularını bildiriblər. Anar Ibrahimov Prezident İlham Əliyevin Şuşanın azad olunması ilə bağlı çıxışının səsləndirərək, bu sözlərin hələ əsrlər boyu Azərbaycan tarixin ən şanlı səhifələrində əks-səda olunacağını söyləyib.
Ramiz Mahmudov da, oğuzlu gənclərin Vətən müharibəsində iştirakçılığından, gördüyü könüllü işlərdən söz açaraq, oğuzluların daim cənab Prezidentin yanında olduğunu dedi və bundan sonrada olacağından əminliyini ifadə edib.
Sonda Saleh Məhərrəmov təkrar söz alaraq, bütün konfrans iştirakçılarının adından bir daha Azərbaycan tarixinə Şərəf, Ləyaqət, Qürur səhifəsi yazan Ali Baş Komandan- İlham Əliyevin bu günkü doğum gününü təbrik edib, ona uzun ömür və Dövlət başçısı kimi, siyasi, ictimai, şəxsi həyatında uğurlar arzulayıb.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə