“Ermənistan hakimiyyəti öz gələcəyini satır” Tiqran Abrahamyan

“Ermənistan hakimiyyəti öz gələcəyini satır” Tiqran Abrahamyan

Məni polisə qanunsuz olaraq, əsassız şəkildə gətiriblər. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər veri ki, bu barədə "Enaket" analitik mərkəzinin təsisçisi və rəhbəri, qondarma rejim prezidentinin keçmiş müşaviri Tiqran Abrahamyan Facebook səhifəsində yazıb.
Məlumatda qeyd olunduğu kimi, o öz səhifəsində yazıb ki, Qarabağı və Ermənistanı təslim edən qulluqçular, nökərlər öz əməllərinə haqq qazandırmaq, qanuni don geyindirmək istəyirlər, amma məni qanunsuz olaraq gətiriblər polisə.
“Ermənistan hakimiyyəti öz gələcəyini və nəsillərinin gələcəyini satır. Əslində, onlardan başqa gözləntilər də yox idi”, deyə Tiqran Abrahamyan bildirib.
Xatırladaq ki, Ermənistan hökumətinin binası qarşısında olan polis məmurları Nikol Paşinyanın baş nazir vəzifəsindən istefası tələbi ilə çıxış edənlərə qarşı güc, şiddət tətbiq edirlər və onların bir oxları da həbs edilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə