Bu gün Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı "İlham Əliyev qətiyyəti- 8 noyabr Zəfər günü! Möhtəşəm parad!" mövzusunda onlayn elmi-praktiki konfrans keçirib.
Videokonfransı YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq, Prezident, cənab İlham Əliyevin uğurlu siyasi fəaliyyətindən, onun ölkəmizin inkişafı, güclənməsi və daha da qüdrətlənməsi naminə gördüyü məqsədyönlü işlərdən danışıb: "Azərbaycan xalqı bütünlüklə Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının ətrafında sıx birləşərək möhtəşəm qələbəyə – 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini düşmən əsarətindən azad etdi. Noyabrın 8-də Azərbaycan xalqı heç zaman yaşamadığı sevinci və fəxarət hissini yaşadı, 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Şuşaya nəzarət edən Azərbaycan Ordusu tarix yazdı. Arzumuz reallıq oldu. Şuşa öz sahibinin oldu. Ermənistan tam tərk-silah oldu".
S.Əliyev onu da bildirib ki, Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı: "Azərbaycan Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyv cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri döyüşlərdə qəhrəmancasına döyüşə-döyüşə bərkiyərək Güclü Ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr yazaraq dekabrın 10-da Qələbə Paradını keçirdi. 10 dekabr Paradı tariximizin ən parlaq səhifəsi olaraq qalacaqdir. Bu, haqqın-ədalətin, ərazi bütövlüyümüzün bərpa olunduğunun, 30 ilə yaxın torpaqlarımızın düşmən həsarətinə 44 gün ərzində apardığı Vətən Müharibəsinin Şanlı Qələbəsinin və üç rəngli Bayraqğımızın bütün dünyaya nümayiş edildiyi tarix və Meydandır! Qarabağ Azərbaycandır!".
Daha sonra tədbirdə YAP Masallı rayon təşkilatının sədr müavini Səfər Paşayev, YAP Masallı rayon təşkilatının Yadınlar Şurasının sədr müavini Əntiqə Tağıyeva, Masallı Dövlət Regional Koles ərazi ilk partiya təşkilatının sədri Vidadi nəzərov və başqaları çıxış edərək qeyd ediblər ki, Ali Baş Komandan və müzəffər Azərbaycan Ordusunun rəhbərliyi ilə qazanılan Qələbə on illər, yüz illər keçsə də, unudulmayacaq, gələcək nəsillər bu Qələbəni öyrənəcək və qürur duyacaqlar.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB