Dərmanlarla bağlı qıtlıq süni yaradılıb - AÇIQLAMA

Dərmanlarla bağlı qıtlıq süni yaradılıb - AÇIQLAMA

Koronavirus müalicəsində istifadə olunan dərmanlarla bağlı qıtlıq süni yaradılmış qıtlıqdır. SİA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, dərman qıtlığı müəyyən insanlar tərəfindən yaradılır və bu da müvəqqətidir. Ə.Əmiraslanov bildirib ki, bəzi insanlar bu vəziyyətdən istifadə edir: "Müvafiq qurumlar bu insanlar barəsində ciddi tədbirlər görməlidir. Məndə olan məlumata görə ölkədə kifayət qədər dərman ehtiyyatı var, sadəcə müəyyən insanlar süni qıtlıq yaradaraq vəsait qazanmaq istəyir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə