“Bu gün Azərbaycanda proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf tam təmin edilir və bir çox sosial layihələr icra olunur. Bu inkişafın təməlində Ulu Öndər Heydər Əliyev siyasəti dayanır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının son 17 ildə Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara və yeni dövrün reallıqlarına uyğun davam etdirilməsi ölkə həyatının bütün sahələrində tərəqqinin əldə olunmasına səbəb olub. Həyata keçirilən ardıcıl islahatlar sayəsində ölkəmiz özünün iqtisadi müstəqilliyinin təmin olunması yolunda uğurlu addımlar atıb”. Bu fikirləri “Səs” qəzetinə aciqlamasinda Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov bildirib.
Qeyd edib ki, xalqımız 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da və 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində də Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına, əmin-amanlığa, tərəqqiyə və quruculuğa səs verdi: "Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşı üçün Prezident oldu və xalqın etimadını doğrultdu. Ötən on yeddi ildə İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısını yerinə yetirmiş və sosial problemləri həll etmişdir. Əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib. Verdiyi bütün vədlərə sadiq qalaraq Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Cənab İlham Əliyev xalqının alternativsiz lideri olduğunu öz fəaliyyəti ilə sübuta yetirib. Son 17 ildə qazanılan nailiyyətləri beynəlxalq reytinq təşkilatları, biznes qurumları da öz hesabatlarında göstərirlər. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Əlbəttə ki, bu ugurlar verilən vədlərin uğurla reallaşması nəticəsində baş verib. Ötən dövrdə uğurlu inkişaf tarixini yaşayan Azərbaycanda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası nəticəsində abadlaşan bölgələrimiz, inkişaf edən ölkəmiz Azərbaycanın dinamik inkişafının göstəriciləridir”.
H.Qurbanov bildirib ki, dövlət başçısının uğurlu sosial siyasəti respublika əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, geniş əhali kateqoriyalarını əhatə edən etibarlı sosial müdafiə sisteminin formalaşdırılmasına imkan yatmış oldu: "Dövlət başçısının dəfələrlə bəyan etdiyi kimi, ölkədə həyata keçirilən siyasətin mərkəzində, məhz Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Davamlı olaraq, islahatların həyata keçirilməsi vətəndaşların rifahının daha da yüksəldilməsinin, qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsinin daim dövlətin diqqət mərkəzində olduğunun əyani göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu islahatlar kursu ölkəmizdə dayanıqlı inkişafının təmin olunmasına imkan yaratmaqla bərabər və demoqrafiya sahəsində müsbət meyilləri də stimullaşdırıb. Bunun real təzahürü ölkə əhalisinin sabit artım tempinin davam etməsində aydın şəkildə özünü göstərir. Əhalisinin sayı hər il sabit şəkildə artaraq, 10 milyonu ötən ölkəmizdə dayanıqlı sosial-iqtisadi tərəqqi, sosial siyasət davamlı xarakter almaqla, demoqrafik inkişafa təkan verir".
Bu gün xalqın taleyüklü məsələri dövlət başçımız tərəfindən həllini tapır, deyən rayon təşkilatının sədri son illər ölkəmizin iqtisadi qüdrətinin artmasının milli ordumuzun möhkəmlənməsinə də geniş imkan yaratdıgını vurgulayıb: "Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına səbəb oldu. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılıb. Ordumuzun yüksək döyüş hazırlıq qabiliyyəti, ən son növ döyüş texnikası və hərbi avadanlıqlar ilə təmin olunması eləcə də gənclərimizin ölkə rəhbərliyinə və ordumuza verdiyi dəstək qələbəmizi şərtləndirən amillər sırasındadır. Azərbaycan xalqı 30 ilə yaxın idi ki, işğalda olan Qarabağ torpaqlarının azad edilməsini səbirsizliklə gözləyirdi. Bu müddət ərzində istər Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə, istərsə də Ulu Öndərin siyasi varisi Cənab Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq ardıcıl olaraq həm siyasi müstəvidə, həm də ordu quruculuğu sahəsində gördüyü işlər öz bəhrəsini verdi, addım-addım bizi qələbəyə yaxınlaşdırdı. Sentyabrın 27-də erməni təcavüzünə cavab olaraq başlanan və cəmi 44 gün davam edən Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı böyük bir tarix yazdı. İqtidar–Xalq–Ordu birliyi öz bəhrəsini verdi. Hamı yumruq kimi birləşdi, hər kəs Qələbəyə öz tövhəsini verdi və möhtəşəm Qələbə qazanıldı. Bu qələbənin qazanılmasında şəhidlik zirvəsinə yüksələn əsgər və zabitlərimiz əsl qəhrəmanlıq göstərdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev əsl sərkərdə kimi hərəkət edərək xalqı və ordunu ruhlandıraraq, öz ardınca apardı, öz xalqına güvənərək demək olar ki, dünyanın böyük güc mərkəzləri ilə siyasi meydanda təkbətək döyüşdü. Bütün dünyaya sübut etdi ki, Azərbaycanın mübarizəsi haqq mübarizəsidir və Qarabağ torpağı Azərbaycanın əzəli torpaqlarıdır".
Azərbaycan 44 gün davam edən Vətən müharibəsində qələbə çaldı, milyonlarla insanlara qələbə sevincini yaşatdı. Azərbaycan Prezident İlham Əliyev siyasi iradəsi, müdrikliyi xalqımızın tarixinə Qalib Xalq ifadəsini yazdırdı. Rayon təşkilat sədri Cənab İlham Əliyevin "İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq" sözdərini xatırlatdı. Dövlət başçısı bildirib ki, bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir: "Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi".
"Hərb meydanında igidlik göstərən, vətən torpağını düşməndən qanı, canı bahasına azad edən Azərbaycan bayrağını uca tutan vətən oğullarının bu qələbənin qazanılmasında rolu danılmazdır. Bu gün Azərbaycanda Vətən Müharibəsi ilə bağlı orden və medallar və fəxri ad təsis edilib və dövlət başçısının Sərəncamları ilə mübariz vətən oğullarına təqdim olunur. Bütün bunlar dövlətimizin mərd, mübariz, vətənpərvər, igid övladlarına diqqətinin, qayğısının təzahürüdür", deyə rayon təşkilat sədri bildirib.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB