24 dekabr Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu Əliyevin doğum günüdür.
Ulu Öndər Heydər Əliyev məktəbinin ləyaqətli yetirməsi olan İlham Əliyev özünün ağlı, idrakı, mənliyi, tolerantlığı, humanistliyi, təşkilatçılığı, vətənpərvərliyi sayəsində böyük nüfuz qazanmışdır. İlham Əliyev Ulu Öndərdən əxz etdiyi bu keyfiyyətlər sayəsində Azərbaycançılıq məfkurəsini varislik yolu ilə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə istinad edərək muasir dövrə qədər daşımışdır.
Müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Ulu Öndər Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin 17 illik prezidentlik fəaliyyətinin qısa təhlili belə bu fikrin təxmin deyil, qəti qənaət olduğunu sübut edir. Ümummilli Liderin müəyyən etdiyi strategiyanı uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar.
Artıq 17 ildir ki, Prezident İlham Əliyev Azərbaycan xalqının bütün arzu və istəklərini bu illər ərzində milli maraqlara söykənərək həyata keçirmişdir. Bütün bu uğurlar cənab Prezidentimizin qətiyyətli və uğurlu siyasətinin bariz nümunəsidir. Vətən üçün canla-başla çalışan prezidentimiz bu 17 il ərzində həm siyasi, həm iqtisadi, həm də diplomatik cəhətdən öz sözünü bütün dünyaya deməyi bacarmışdır. Ən əsası isə 30 ildir işğal altında olan əzəli, tarixi Azərbaycan torpaqlarını - füsunkar Qarabağımızı ordu quruculuğuna xüsusi diqqət və qayğı nəticəsində mənfur düşmənlərimizdən azad etdi. 30 il Vətən həsrətində olan məcburi köçkünlər bu gün öz ata-baba yurduna qovuşdular. Bu gün Azərbaycan tarixinə yeni tarix yazan, adını qızıl hərflərlə tarixə yazan Sərkərdə, Cənab Ali Baş Komandan İlham Əliyevlə bütün xalqımız qürur duyur.
Eşq olsun sizə, Cənab Prezident!
Leyla NƏCƏFOVA,
Qaradağ rayon Heydər Əliyev Mərkəzinin Baş Fond müdiri, YAP Qaradağ rayon Qadınlar Şurasının sədr muavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB