Rusiyalı mütəxəssislər Azərbaycana gələcək - koronavirus vaksininin istehsalı üçün
Rusiya nümayəndə heyəti Azərbaycanla "Sputnik V" peyvəndinin istehsalını müzakirə edəcək. SİA-nın məlumatına görə, bunu "R-Pharma" şirkətinin təsisçisi və direktorlar şurasının sədri Aleksey Repik deyib.
Onun sözlərinə görə, peyvənd yalnız Rusiyada deyil, bir sıra ölkələrdə inkişaf etdiriləcək: ""Sputnik V" peyvəndinin layihəsini müzakirə etmək üçün Azərbaycana gedəcəyik, müzakirələr aparacağıq. Yaxın Şərq, MDB ölkələri və digər dövlətlər də bu layihədə iştirak edə bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB