Müzəffər Ordunun sərkərdəsi, xalqın xilaskarı

Müzəffər Ordunun sərkərdəsi, xalqın xilaskarı

Azərbaycan mətbuatında öz dəst-xətti ilə seçilən, dövlətimizin iqdisadi, siyasi, sosial və hərbi quruculuq sahəsində yürütdüyü siyasətin təbliğində ön cəbhədə yer alan Tovuz rayonunun Dönük Qırıqlı kənd sakini, tanınmış jurnalist Dəmir İsə oğlu Qurbanlı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

Möhtərəm cənab Prezident!

Sizi - əbədiyaşar, bənzərsiz, dünyəvi siyasi xadim Heydər Əliyev siyasətinin ən layiqli davamçısını, onun sizə verdiyi uzaqgörən, fəlsəfi qiymətini öz əməli fəaliyyətinizlə, uğurlu, məqsədyönlü, düşünülmüş siyasətinizlə ən yüksək zirvələr fəth etməklə doğruldaraq, onun vəsiyyətlərini yerinə yetirərək XXI əsr Azərbaycanımızı əsrin ortalarına doğru iqtisadi, sosial, hərbi cəhətdən ən son inkişaf etmiş ölkə olaraq irəliyə doğru aparan, iki yüz ildən çox bir müddətdə ermənilərin və onların tarixi himayədarlarının “böyük Ermənistan” yaratmaq ideyalarını xalq-iqtidar-ordu birliyinin nəticəsi olaraq çox böyük uzaqgörənliklə, diplomatik qabiliyyətinizlə darmadağın edərək ərazi bütövlüyümüzü təmin edən dünyəvi siyasi xadimimizi xalqımızın xilaskarı olaraq səmimi qəlbdən təbrik edirəm. Sizə can sağlığı, uzun ömür, xoşbəxtlik arzu edirəm.

Cənab Prezident, təvəzökarlıqdan uzaq da olsa qeyd etmək istərdim ki, mən Sizin bu günümüz və gələcəyimiz üçün böyük əhəmiyyət kəsb edən siyasi fəaliyyətinizə, Sizin böyük siyasətə hazır olmağınız, siyasi xadim olaraq dünyanın super dövlətləri tərəfindən yüksək səviyyədə qəbul edilməyiniz, XXI əsrdə xalqımızı işıqlı gələcəyə aparmağa qadir olan yeganə tarixi, əvəzsiz şəxsiyyət olmağınız barəsində 5 fevral 2003-cü il tarixli çıxışımda geniş bəhs etmişəm. 16 dekabr 2008-ci il tarixli çıxışımda isə Sizin ömürlük, daimi dövlət başçısı elan edilməyiniz, seçilməyiniz barəsində “Müasir Azərbaycan dövlətinin XXI əsrin ortalarına doğru inkişafı cənab İlham Əliyevin ömürlük prezident, dövlət başçısı olmasını tələb edir” başlığı altında çıxış etmişəm, təkliflərimi irəli sürmüşəm. 23 aprel 2020-ci il tarixli çıxışımda mən respublkamızda ilk dəfə olaraq xalqımızın istək və arzularını dərindən hiss edərək Sizə Azərbaycan xalqının Milli Qəhrəmanı adının verilməsini 3 oktyabr 2020-ci il tarixli və s. müraciətlərimdə də Sizə Milli Qəhrəman, dünyanın hərb tarixinə yeniliklər gətirdiyinizə görə sizə Generalissmus ali hərbi rütbəsinin verilməsini, Sizin heykəlinizin ucaldılması təklifini irəli sürmüşəm. Mən bu gün də həmişə olduğu kimi təklif edirəm ki, Sizə ad gününüzdə Azərbaycanın Milli Qəhrəmanı adı verilsin.

Cənab Prezident! Siz nəinki XXI əsr Azərbaycanın qəhrəmanlıq tarixinə, bütövlükdə Azərbaycanın qəhrəmanlıq tarixinə, hərb tarixinə və eyni zamanda dünyanın hərb tarixinə yeniliklər gətirən, bəxş edən yenilməz sərkərdə olaraq, müstəqil siyasətini həyata keçirən, sözündən dönməz, cəsarətli, bacarıqlı, döyüşkən, xalqına, millətinə bağlı olan dövlət başçısı olaraq daxil olmusunuz.

Möhtərəm cənab Prezident, Sizi bir daha təbrik edirəm, Sizə müstəqil, demokratik-dünyəvi Azərbaycanımızın bundan sonrakı inkişafı, tərəqqisi yolunda çox böyük şərəfli işinizdə uğurlar, can sağlığı arzu edirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə