Dağlıq Qarabağ münaqişəsi haqqında yalnız keçmiş zamanda danışmaq lazımdır - RƏY

Dağlıq Qarabağ münaqişəsi haqqında yalnız keçmiş zamanda danışmaq lazımdır - RƏY

"Yəqin mən desəm ki, cənab Prezident Azərbaycan Respublikasının dövlət başçısı olmaqla yanaşı bir dünya Lideridir, heç kimdə bu şübhə yaratmayacaq. Çünki mən öz tezisimi təsdiqləmək üçün onlarla real fakt gətirə bilərəm. Hətta möhtərəm Prezidentin siyasi həmfikirlərinin tez-tez səsləndirdikləri bir fikir var ki, onun fəaliyyəti seçki kampaniyalarının əsasını təşkil etməkdədir. Əlbəttə, mənim cənab İlham Əliyevin siyasi məktəbinə heyranlıq duyduğumu hər kəs bilir. Lakin son on yeddi ildə həyata keçirilən siyasət bir daha göstərdi ki, başda ən layiqli davamçı olan cənab Prezidentin və bu yolun yolçuları olan bizlərin yolu aydınlıq yoldur. Bizlər “Yeni Azərbaycan” məfkürəsinin daşıyıcıları, Ulu Öndər Heydər Əliyev sevdalılarıyıq". Bu fikirləri "Səs" qəzetinə aciqlamasında Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev bildirib.

Əgər bir səs vermə və yaxud soğru olsaydı mən düşünürəm ki, heç şübhəsiz 2020-ci ilin bütün mənfi çalarlarına rəğmən Azərbaycan ilin ölkəsi, möhtərəm cənab Prezident İlham Əliyev də ilin adamı seçilərdi, deyən Ə.Haqverdiyev vurguladı ki, yalnız öz xalqına verdiyi töhfələrə görə yox, bütün dünya xalqlarına müsbət münasibəti, dünyada sülhün və əmin-amanlığın qorunması, dünya əhalisinin sağlamlığının təminatı, mövcud resursların bərabər və ədalətli paylanması, regionda və dünyada qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi yolunda atdığı addımlara görə cənab Prezident İlham Əliyev heç şübhəsiz “2020-ci ilin adamı” seçilməlidir: "İlin son on günlüyünü yaşayarkən dönüb arxaya baxanda Azərbaycanın müxtəlif beynəlxalq və regional layihələrdə iştirakı, bir çox beynəlxalq təşkilatlara rəhbərlik etməsi, yeni təkliflərlə çıxış etməsi, regionumuzdan və dünyadan erməni faşizmini silib atması bu il dünyaya ölkəmizin verdiyi ən böyük töhfələrdir: "MDB dövlət başçılarının zirvə toplantısında cənab Prezident dövlətimizin dünyanın ən çətin dövründə gördüyü işlərdən yetərincə ətraflı danışıdı. Bu təşkilatda təmsil olunan dövlətlərin hər biri ilə uzun müddətli tarixə malik, geniş iqitsadi, siyasi və mədəni əlaqələrimiz vardır. Orada təmsil olunan hər bir dövlət Azərbaycanın və onun dövlət başçısının potensialını yaxşı bilir. Lakin Vətən Müharibəsindən sonra ilk görüş hər nə qədər videokonfrans formatında olsa da onların dövlətimizə olan hörmətlərini bir daha nümayiş etdirdi. Cənab Prezident MDB liderlərinin zirvə toplantısındakı nitqini faktiki iki hissəyə bölmüşdü. Hər halda bu il heç bir başqa MDB ölkəsi nə milli, nə regional, nə də dünya miqyasında Azərbaycan qədər töhfələr vermədiyi üçün təbii olaraq bizim reqlamentə sığmayacaq qədər deməyə çox sözümüz var idi. Tərəfdaşlarımıza pandemiya dövründə görülən işlər haqqında məlumat verən cənab Prezident bu sahədəki uğurlarımızdan danışdı. Azərbaycan təxminən 2,5 milyard manat müxtəlif istiqamətli büdcə ayırmışdır. Yeni xəstəxanaların açılması, yataq yerlərinin çoxaldılması, laboratoriya saylarının qısa müddətdə artırılması, cəmiyyətin həssas təbəqələrinin pandemiyanın mənfi təsirlərindən qorunması məqsədilə bir çox tədbirlərin görülməsi vacib və zəruri məqamlardandır.

Vaksinasiyanın Azərbaycanda da həyata keçiriləcəyini bildirən dövlət başçısı prosesin könüllü və dövlət hesabına olacağını xüsusi vurğuladı. Vaksinlərin lisenziya almış bütün dövlətlərdən alına biləcəyini deməklə əslində bu sahədə də Azərbaycanın ədalətli yanaşmasını cənab Prezident diqqətə çatdırdı. Bu sahə ilə bağlı digər bir maraqlı məqam ondan ibarətdir ki, dünyada mövcud olan dövlətlərin vaksinləri əldə etmə imkanı eyni deyildir. Lakin söhbət insan həyatından gedirsə, hər bir dünya sakini bu bəladan qurtulmaq üçün bərabər haqlara malik olmalıdır. Azərbaycan bu tezislə dəfələrlə çıxış etmiş və dünya dövlətləri tərəfindən dəstəklənmişdir. Ümumiyyətlə, pandemiyayla bağlı il ərzində Türkdilli dövlətlərin liderlərinin toplantısında, Qoşulmama hərəkatının, Ümümdünya Səhiyyə Təşkilatının və BMT-nin toplantılarında Azərbaycan dəfələrlə öz imkanlarını və təcrübələrini digər xalqlarla paylaşmağa hazır olduğunu ifadə etmiş, daha sonra əməli işə keçərək dünya xalqlarına yardımlar etmişdir.

Hər kəsə məlumdur ki, Müstəqil Dövlətlər Təşkilatı ilə yanaşı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı fəaliyyət göstərməkdədir. Vətən müharibəsi ərəfəsində biz bu təşkilatının adını çox tez-tez eşidirdik. Çünki məhz bu təşkilata üzv olan dövlətlər bir-birilərinin ərazi bütövlüyü təhlükədə olarkən həmin dövləti müdafiə etmək öhdəliyini üzərlərinə götürürlər. Məhz bu məqamdan sui-istifadə edən Ermənistanın riyakar hərbi-siyasi rəhbəriliyi KTMT-nı Qarabağda baş verən müharibəyə cəlb etməyə çalışırdı. Lakin müharibənin gedişində dəfələrlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və MDB-nin digər dövlət başçıları müharibənin Azərbaycanın öz ərazilərində getdiyini, məhz bu səbəbdən də heç bir müdaxiləyə ehtiyac olmadığını açıq ifadə etmişlər. Belə bir təşkilatının zirvə toplantsında Azərbaycanın qələbəsini səsləndirmək böyük siyasi cəsarət tələb edən məqamdır.

İyirmi səkkiz ilə yaxındır ki, bu cür yalançı, riyakar, faşist dövlətin rəhbərləri ilə eyni masada oturan MDB liderlərinə cənab Prezident bir daha həqiqətləri açıq şəkildə söylədi. Ermənistanın keçmiş müdafiə nazirinin ABŞ-da olarkən yeni ərazilər uğrunda yeni müharibələr tezisi ilə çıxış etməsi çox təhlükəli tendensiyadır. Bu ifadəni bir dəfə və yalnız ABŞ-da ifadə etməsinin altında da xüsusi səbəblər yatır. 2019-cu ildən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqlar prosesini sabotaj etməsi və “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi əlbəttə, tamamilə iplərin qopmasına gətirib çıxardı. Cənab Prezident də məhz bu məqama aydınlıq gətirərək demişdir ki, əgər Qarabağ Ermənistandırsa, onda bu danışıqlara davam etmək mənasızlıqdan başqa bir şey deyildir. Müharibədən əvvəl müxtəlif təxribatlarla məşğul olanlar və Ermənistan tanklarının Bakıya qədər gələcəyini deyənlər, bəlkə də özləri öz həzin sonlarını hazırlamış oldular. Tanklar doğurdan da Bakı küçələrində göründülər, lakin fərqli ampulada. Kimin haqlı, kimin haqsız olduğunu tarix özü sübut etdi.

Bizim apardığımız mübarizə vətən müharibəsi, Dağlıq Qarabağ və ətraf yeddi rayon isə Azərbaycan torpaqlarıdır. Cənab Prezident cənab Putinə istər bu məsələdə mövqeyini açıq ifadə edən açıqlamalarına, istərsə də regionda sülhyaratma cəhdlərinə görə öz minnətdarlığını bildirdi. Doğrudan da Putinin konstruktiv və ədalətli açıqlamaları Ermənistanda revanşist hisslərə qapılan və insanları mənasız mübarizəyə səsləyənlərin ağıllarını başlarına toplamağa kömək edəcəkdir. Faşist, millətçi və şovinist hisslərlə dövləti idarə etməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyi yalnız özləri üçün deyil, bütün region üçün böyük təhlükə mənbəyinə çevrilmişdir. Şanlı Azərbaycan ordusu, məğrur Azərbaycan xalqı və müzəffər Azərbaycan Prezidenti bu meyillərin “başını dəmir yumruğumuzla əzmişdir”. Bundan sonra Dağlıq Qarabağ münaqişəsi haqqında yalnız və yalnız keçmiş zamanda danışmaq lazımdır. Biz bu məsələni tamamilə və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll etmiş olduq. İndi isə sülh və əməkdaşlıq vaxtıdır. Cənab Prezident sülhün bundan sonrakı vəziyyətinə və əməkdaşlığın miqyasına daha çox Ermənistan rəhbərliyinin cavabdeh olduğunu xüsusi qeyd etmişdir. Ermənistan və erməni xalqı digər dövlətlərə qarşı olan xəstə torpaq tələblərindən vaz keçməli və regionun inkişafı üçün töhfə verməlidir. Bu eyni zamanda erməni xalqının gələcək inkişafının da təminatı olacaqdır".

Z.Haqverdiyev qeyd etdi ki, MDB liderlərinin zirvə toplantısının videokonfrans formatında keçirilməsinə rəğmən, illərlə danışmadığı atasının rəhmətə getməsini bəhanə edən Nikol Paşiyan özü orada olmasa da, cənab Prezidentin səsləndirdiyi fikirlər artıq Ermənistan KİV-lərində tirajlanmağa başlamışdır. Emənistan ordusunun 80 %-dən çox hissəsinin məhv edilməsi ilə bağlı adətən Nikol Paşinyan günahlandırılır: "Lakin bu ordu Nikol Paşinyan tərəfindən yaradılmamışdır. Bu ordu onun ordusu deyil. Bu ordunun yaradıcıları və ondan Qarabağda işğal zamanı istifadə edənlər, əlləri Azərbaycan xalqının qanına batan Köçəryan və Sarkisyandır. Cənab Prezident cəsarətlə bunu açıq şəkildə ifadə etdi. Əlavə olaraq onu da zirvədə iştirak edən liderlərin nəzərinə çatdırdı ki, bizlər əli Azərbaycan xalqının qanına batmış bu hərbi cinayətkarlarla iyirmi ildən artıq bir müddətdə eyni masada oturmuşduq. Bunu ona görə deyirdi ki, bundan sonra Azərbaycanın haqq işinə ədalətsiz yanaşanlar mütləq bu məqamları xatırlasınlar. Biz bütün dünyaya göstərdik ki, heç bir zaman işğal faktı ilə barışmayacağıq. Bu vəziyyətlə barışmaq olmaz. İllərlə Azərbaycana sözün bütün mənalarında nağıllar danışanlar indi regionda sülh prosesindən kənarda qalmaqla yanaşı Rusiya və Türkiyənin nüfuzunun artmasından ciddi narahatlıq duyurlar. Bakıda Minsk qrupunun həmsədrləri ilə görüş zamanı da diplomatik dilin ən sərt formasını istifadə edən cənab Prezident yenidən eyni üslubda bütün bu problemlə məşğul olan hər kəsə bildirdi ki, illərlə kağız üzərində qalan BMT qətnamələrini biz özümüz həyata keçirdik. Bundan sonra da imitasiya ilə məşğul olmaq lazım deyildir. Dünya müharibə tarixində bir çox dağıntılar olmuşdur. Qarabağda baş verənləri bizlər yaxından görənə qədər Hirosima dağıntıların ən dəhşətlisi sayılırdı. Gördükdən sonra başa düşdük ki, Ağdam şəhəri tamami ilə yoxdur. Füzulidə bayraq asmağa bir bina belə tapılmamışdır. Cəbrayılda bir hərbi hissə binası var idi. Xocalıda törətdikləri soyqırımdan sonra ermənilər Qarabağda şəhərləri tamami ilə məhv ediblər. Lakin torpaqlarımızı işğaldan azad etdiyimiz kimi biz öz şəhərlərimizi də bərpa edəcəyik. Buna həm iqtisadi gücümüz, həm də siyasi iradəmiz vardır. Bu prosesdə dost ölkələrin şirkətləri iştirak edə bilərlər və edəcəklər. Azərbaycanın haqlı mövqeyini müdafiə edən dövlətlər Dağlıq Qarabağın və ətraf yeddi rayonun yenidən bərpası prosesində iştirak edərək orada yeni həyatların qurulmasına öz töhfələrini verəcəklər".

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə