Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok mutasiyaya uğramış koronavirus növünün nəzarətdən çıxdığını və vəziyyətin ciddi olduğunu deyib. Səhiyyə naziri koronavirusa yoluxanların sayının sürətlə artdığını, normal vəziyyətə qayıtmaq üçün hələ çox vaxta ehtiyac olduğunu bildirib.
O, insanları Milad bayramına yaxın gücləndirilmiş karantin qaydalarına əməl etməyə çağırıb.
Bununla əlaqədar olaraq Türkiyə də daxil olmaqla, bir çox ölkə London uçuşlarını dayandırıb.
SİA xəbər verir ki, məsələ ilə əlaqədar açıqlama verən AZAL-dan bildirilib ki, Bakıdan Londona olan uçuşlar bir neçə aydır dayandırılıb. Azərbaycandan yalnız Türkiyəyə uçuşlar var.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB