Rusiya ilə Azərbaycan arasında nəqliyyat əlaqəsi tam şəkildə həyata keçirilir - Səfirlik

Rusiya ilə Azərbaycan arasında nəqliyyat əlaqəsi tam şəkildə həyata keçirilir - Səfirlik

Azərbaycanın Rusiyadakı səfirliyinin Rusiya ilə Azərbaycan arasında quru dövlət sərhədinin müvəqqəti bağlanması ilə əlaqədar dekabrın 18-də yayılmış məlumatına əlavə olaraq bildiririk ki, iki ölkə arasında nəqliyyat əlaqəsi tam şəkildə və həmişəki həcmdə həyata keçirilir.

SİA Səfirliyin məlumatına əsasən bildirir ki, yaranmış epidemioloji vəziyyətə görə iki ölkə arasında quru dövlət sərhədi yalnız vətəndaşların piyada keçidi üçün bağlıdır.

Bununla əlaqədar səfirlik vətəndaşlara müraciət edərək, sərhədi keçmək məqsədilə Dağıstan Respublikasına getməkdən çəkinməyi xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə