YAP Qobustan rayon təşkilatı qazilərlə görüşləri davam etdirir - FOTOLAR
Qobustan rayonunda torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda qazi adını qazanan vətən övladları daim diqqətdə saxlanılır. YAP Qobustan rayon təşkilatının rəhbərliyi onlarla mütamadi görüşür, onların qayğıları ilə maraqlanır.
YAP Qobustan rayon təşkilatının rəhbərliyi növbəti dəfə Vətən müharibəsində yaralanmış qazilərimizin evlərində olub, onların qayğıları, səhhəti, müalicələrinin gedişi ilə maraqlanıb, qazi ailələrinə ərzaq və maddi yardımlar çatdırılıb. Görüşdə qaldırılan məsələlər yerindəcə həll olunub. Pandemiya qaydalarına uyğun keçirilən görüşlərdə səmimi söhbət edən qazilərimiz Azərbaycan ordusunu qələbəyə çatdıran döyüş təsüratlarını bölüşüb, xatirələrini danışıblar.
Qeyd olunub ki, bu 44 günlük müharibə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və iradəsi ilə müzəffər ordumuzun gücünü, xalqımızın birliyini dünyaya göstərdi. Bu şanlı qələbəmiz dünya hərb tarixinə 44 günlük müharibə kimi düşdü. Amma biz bunu Vətən Müharibəsi kimi tariximizə qızıl həriflərlə yazdıq. YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev da onları ölkəmizin əldə etdiyi qələbə münasibəti ilə təbrik edib, göstərdikləri qəhrəmanlığa görə təşəkkürünü bildirib. O, bildirib ki, hər bir şəhid ailəsi, qazilər və Vətən Müharibəsinin iştirakçıları daim dövlətimizin və ölkə rəhbərinin qayğısını hiss edəcəklər.
Qazilərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon təşkilatının rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB