Gəncədə xüsusi qrafik üzrə dezinfeksiya tədbirləri gücləndirilib FOTO

Gəncədə xüsusi qrafik üzrə dezinfeksiya tədbirləri gücləndirilib FOTO

Ölkədə yeni növ koronavirus infeksiyasına yoluxma hallarının artması səbəbilə Gəncədə “COVİD-19” – a qarşı həyata keçirilən kompleks tədbirlərin miqyası da genişləndirilib.

Gəncə Şəhər İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, şəhərdə xüsusi qrafik üzrə dezinfeksiya işləri aparılır.

Dezinfeskiya işləri mərkəzi küçə və prospektlərlə yanaşı Gəncənin qəsəbə və yaşayış massivlərində də aparılıb. Tibbi-profilaktik tədbirlər çoxmənzilli yaşayış binaları və onların həyətlərini, dayanacaqları, piyada keçidlərini, oyun meydançalarını, bank və ATM-lərin qarşısını əhatə edib.

Sözügedən ərazilər xüsusi kimyəvi maddələrlə növbəti dəfə dezinfeksiya olunublar. İşlərə xeyli sayda canlı qüvvə və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb edilblər.

Bütün xəbərlər Facebook səhifəmizdə