Syunik sakinləri "Çiçəklənən Ermənistan"a yolu açmadılar

Syunik sakinləri "Çiçəklənən Ermənistan"a yolu açmadılar

Zəngəzur (Syunik) bölgəsinin Karahunj kəndinin yolu bağlayan sakinləri "Çiçəklənən Ermənistan" fraksiyasının bir neçə üzvünün Gorusdan Qafana getmələrinə əngəl olublar. SİA-nın erməni mənbələrinə istinadən verdiyi məlumata görə, deputatlar Qafanda məlum problemlərin olduğunu və ora gedib məsələləri həll etmək istədiklərini və sonra Gorusa geri dönüb buradakı həlli vacib məsələlərlə məşğul olacaqlarını desələr də sakinlər yolu açmaqdan imtina ediblər.

Syunik sakinlərindən biri: "Problemləri həll edə bilənsinizsə, əvvəlcə Gorusda həll edin, sonra Qafana gedin" deyib.

Deputat Gevorg Gorgisyan müxalifətin təmsilçiləri olaraq problemləri anlamaq və bəlkə də hökumət ilə danışıqlar apara bilmək üçün Syunik sakinlərinin yanında dayanmağa gəldiklərini söyləyib. "Gəlməyiniz təqdirəlayiqdir, amma bu, gecikmiş bir addımdır", deyən kənd sakini bildirib ki, "Qafana getmək üçün başqa yol da var, bu da Azərbaycan ərazilərindən keçir, istəyirsinizsə gedin".

Bütün xəbərlər Facebook səhifəmizdə