Oyun zalı karantin qaydalarını pozdu və...

Oyun zalı karantin qaydalarını pozdu və...

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman karantin qaydalarını pozaraq fəaliyyət göstərən oyun zalı aşkarlayıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan SİA-nın Şimal bürocunun verdiyi məlumata görə, obyektə baxış zamanı 7 nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkar edilib. Obyektin sahibi Yarəhməd Pənahov və müştərilər saxlanılaraq RPŞ-nə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə