Oğuzda yeni tut bağları salınır

Oğuzda yeni tut bağları salınır

Oğuz rayonunda baramaçılığın yem bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Yeni tut bağlarının salınması məqsədilə baramaçılıqla məşğul olan kümçülərə bu günlərdə 9 min 400 ədəd yerli tut tingi paylanılıb. İndiyədək 6 min tingin əkilməsi təmin olunub və əkin davam etdirilir. Bu barədə SİA-ya Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Qurumdan bildirilib ki, yeni tut bağlarının salınması məqsədilə son illər Oğuz rayonunda da zəruri işlər görülür. Belə ki, 2016-2019-cu illərdə rayon ərazisində 135 mindən çox tut tingi əkilib. Bunun 83,5 min ədədi Çin Xalq Respublikasından ölkəmizə gətirilən calaq olunmuş, 51,5 min ədədi isə yerli tut tingləridir.

Bütün xəbərlər Facebook səhifəmizdə