Qızıl yatağındakı dəqiqləşdirmələr Ermənistanın xeyrinə deyil ANALİTİK
Düşmən tərəfinin qızıl ehtiyatları 2 ilə tükənəcək
“Sotk (Kəlbəcər) qızıl yatağında dəqiqləşmələr hələ başa çatmayıb, ancaq proses bizim xeyrimizə getmir. Yatağın əməkdaşı dedi ki, Rusiya tərəfi yatağın Ermənistanın ərazisində olması ilə bağlı azərbaycanlıları inandıra bilməyib və noyabrın 9-da imzalanmış sənədə əsasən, onun 70%-i düşmən tərəfinə keçə bilməz”. SİA xəbər verir ki, bu barədə ermənilərin “Hraparak” nəşri yazıb və əslində qızıl yatağının əsas hissəsinin məhz Azərbaycana aid olduğunu sübut edən faktları bu vasitə ilə saxtalaşdırmağa çalışıb.
Ermənilər yatağın inzibati binasının onlar tərəfdə qalmasından niyə sevinirlər?
Maraqlıdır ki, adıçəkilən erməni qəzeti digər vasitələrlə özlərinə təskinlik verməyə cəhd göstərib və bu cəhd əslində çox gülünc təsir bağışlayıb. Misal üçün, “Hraparak” qızıl yatağının inzibati binasının Ermənistan tərəfdə qaldığını bildirib və hətta buna görə nə isə qopardığına sevinirsə, bu zaman həmin məsələyə istehzasız yanaşmaq olmur. Çox yəqin ki, ermənilər Kəlbəcərdə onlara verilən əlavə vaxt müddətində digər əşyaları ilə yanaşı hətta unitazlarını da Ermənistana aparıblarsa, çox yəqin ki, qızıl yatağında qalan inzibati binanın da müxtəlif əşyalarını söküb özləri ilə birlikdə İrəvana apara biləcəklərinə görə bu qədər sevincək olublar.
Beləliklə, “Baxmayaraq ki, yatağın inzibati binası Ermənistan ərazisindədir, lakin qızıl ehtiyatları Azərbaycanın nəzarəti altına keçib”, deyə qeyd edən erməni nəşri qarşıdakı digər problemi də yazıb.
“Yataq bir neçə həftə dayana bildi. Əməkdaşlardan yalnız 100 nəfəri 2 il müddətində orada qalacaq və bundan sonra erməni tərəfinin ehtiyatı tamamilə tükənəcək”, deyə “Hraparak” təəssüflə yazıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB