Azərbaycanın sədrlik etdiyi Türk Şurası ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları ilə bağlı açıqlama yayıb. SİA-nın verdiyi məlumata görə, Türk Şurası ABŞ-ın Türkiyəyə qarşı birtərəfli qaydada sanksiyalar tətbiq edilməsi barədə qərarını qardaş ölkəyə qarşı haqsızlıq kimi dəyərləndirib.
"Türkiyə ilə birlikdəyik və bu məsələni dialoq və diplomatiya yolu ilə obyektiv, reallığa söykənərək və siyasi dialoq yolu ilə həll edilməsi təklifini dəstəkləyirik”, deyə açıqlamada deyilir.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi Türkiyənin dörd rəsmi şəxsinə qarşı sanksiya tətbiq edib. Xəbər verilir ki, “qara siyahı”ya həmçinin Türkiyə Müdafiə Sənayesi Katibliyi və onun rəhbəri İsmayıl Dəmirin adı daxil edilib.
ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, Türkiyəyə qarşı sanksiya Rusiyadan S-400 zenit-raket kompleksləri aldığına görə tətbiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB