Sizin sayənizdə xalqımiz zəfər tarixinin şanlı səhifəsini yazdı! - Prezidentə məktub

Sizin sayənizdə xalqımiz zəfər tarixinin şanlı səhifəsini yazdı! - Prezidentə məktub

Zəfər tariximizin qəhrəmanı, Möhtərəm Prezident İlham Əliyev!

Mən Sizin simanızda siyasi lider, görkəmli dövlət xadimi, ölkə başçısını görməklə yanaşı həmçinin Allahın Azərbaycan xalqına lütfünü və mərhəmətini də görürəm. Sizin iradəniz, milli təəssübkeşliyiniz və planetar təfəkkürünüz Azərbaycan xalqının həyatında yeni bir mərhələnin əsasını qoyub. Bu mərhələ təlatümlər içərisində olan narahat dünyamızda nəinki sülh, sabitlik, ədalət çağırışları edib, hətta yeni dünya nizamında bu meyarların xilaskarlıq yolu olduğunu təsdiq və qəbul etdirib. Tam əsaslıdır ki, indi güclü lider, mudrik siyasət, insan taleyinə yanaşma Sizin təfəkkürününzün praktiki tətbiq imkanları ilə analiz edilməkdədir. Siz tarixdə zaman və məkan anlayışlarının verdiyi imkanlardan xalqının firavanlığı naminə səmərəli istifadə etmiş nadir siyasi liderlər sırasındasınız. Nə xoş ki, Azərbaycan xalqı Sizin timsalınızda məğrur xalq olaraq Sizinlə eyni tarixi zamanda şanlı tarix yaşayır. Bu günlərdə xalqımızın tarixinə Sizin xeyir-duanız ilə Vətən müharibəsinin Qələbə Paradı kimi tarixi bir gün həkk olundu. Bu, milli iradəmizin, möhtəşəmliyimizin, yenilməzliyimizin təntənəsi idi.

Növbəti addımıniz isə bu günlərdə bütün dünyanın diqqətində olan Dilqəm və Şahbazın əsirlikdən azad edilməsi oldu. Bununla da neçə-neçə ailələrin həsrətinə, göz yaşlarına son qoydunuz. Bu addımı biz dünyaya utanc gətirən ermənizmin bir daha ifşasına nail olmağınız kimi qiymətləndiririk.

Möhtərəm Cənab Prezidentimiz!

Bu gün tarixi həqiqətlər həm də bizə iki mühüm məqamı dərk etməyə sövq edir - xalqına müstəqillik bəxş edən, milli ideala çevirən xalq-lider birliyinin gücünu tətbiq edən lider və qələbələr, zəfər tarixini yazan milli iradənin ifadəçisi.

Ulu Öndər Heydər Əliyev Azərbaycanın məhv olma təhlükəsindən xilas edərək növbəti mərhələ üçün xalqının taleyini əmanət etdiyi fenomenal şəxsiyyət İlham Əliyevi bu ideyaların, müəyyənləşdirilmiş konseptual baxışların reallığa çevrilməsini təmin etmək ücün xalqının taleyini əmanət etdi. Məhz Sizin sayənizdə xalqımiz zəfər və qalibiyyət tarixinin şanlı səhifəsini yazdı. Dünya xalqları içərisində Azərbaycan xalqının malik olduğu milli özünəməxsusluğu sübut etdi. Qarşıya qoyduğunuz hədəflər xalqımızın uzun tarixi zamana yönəlmiş nicat yolunun hədəflərini müəyyənləşdirdi.

Möhtərəm İlham Heydər oğlu Əliyev!

Azərbaycan xalqı Sizin müdrikliyinizlə öz tarixinin çox qürurlu, şərəfli səhifəsini yaşayır. Bu gün bizim deməyə haqqımız var ki, həm də milli özünüdərk prosesinin intibah dövrüdür. Çünki hər bir nailiyyətin əsasında ağlın, müdrikliyin gücünün dayandığını görürük. Bu Heydər Əliyev yolunun səmərələliyidir. Taleyini xalqının taleyi ilə bağlayan dahinin işığında xilas yoluna nail olmaqdır. Xalq-millət ücün bundan fəxrli nə ola bilər!. Odur ki, hər bir vətəndaş,vəzifəli şəxs öz işini Sizin tələbləriniz əsasında qurmalıdır. Effektliyini praktikada təsdiq etmiş milli nicat yolumuzun avanqardı olan bu tələblər bizim qarşımızda da ciddi vəzifələr qoyur. Ulu Öndər Heydər Əliyev ideyalarının xalqımız ücün zaman-zaman öyrənilməli bir xəzinə olduğunu biz gənc nəslə təlqin etməyi ən mühüm vəzifə kimi qarşımıza qoymuşuq. Tarix və şəxsiyyət anlayışının Azərbaycan xalqının həyatındakı rolunu Ulu Öndər Heydər Əliyevin və Sizin həyata kecirdiyiniz müqəddəs amallar əsasında öyrənilməsini önə cəkmişik. Bundan sonra da belə olacaqğına əmin ola bilrəsiniz. Sizi kollektivimiz adından təbrik edir, şanlı qələbələr Prezidenti olmağınizdan fəxr duyuruq.

Yaşasın Azərbaycan xalqı!

Yaşasın Ulu Öndər Heydər Əliyev ideyaları!

Yaşasın Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyev!

Dərin hörmətlə:

Şirvan şəhər Heydər Əliyev Mərkəzinin kollektivi adından Aynur Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə