“Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” - FOTOLAR
YAP Kəlbəcər rayon təşkilatı bu mövzuda videokonfrans keçirib
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı Ümumilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur" videokonfrans keçirib. Tədbirdə iştirak edən rayonunun rəhbər nümayəndələri, millət vəkili, ictimaiyyət, YAP Kəlbəcər rayon təşkilatının kollektivi ilk öncə müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüb, xatirəsini böyük ehtiramla yad ediblər.
Rayon təşkilatında öz işinə başlayan vidiokonfrans iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Azər Qocayev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin ölkəni xaos və anarxiyadan xilas etdiyini deyərək müstəqillik tarixinə bəxş etdiyi əvəzsiz töhfələrindən söhbət açıb: "Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Bu gün Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin praqmatik fəaliyyəti sayəsində Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələri sırasına daxil olub".
Anım mərasimində Kəlbəcərin deputatı Aqil Məmmədov çıxış edərək bildirib ki, hər bir dövlətin mövcudluq tarixində ciddi sınaqlar qarşısında qalması, xalqın milli müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi məqamlar çoxdur: “Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı ilə milli müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Dahi şəxsiyyətin Azərbaycanda gördüyü nəhəng quruculuq işləri müstəqillik dönəminin ən böyük nailiyyətləri olmaqla ölkə tarixinin müasir dövrü üçün silinməz izlər buraxdı. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə, inkişafa doğru məhz Heydər Əliyevin təməlini qoyduğu yol ilə inamla irəliləməkdədir. Ötən 17 ilin siyasi-iqtisadi-sosial mənzərəsi göstərir ki, cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz lider olduğunu təsdiqləyib, ictimai inamı tam doğruldub. Xüsusilə də, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı sübuta yetirdi ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik. 44 günlük müharibədə Azərbaycan xalqı öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi və göstərdi ki, Qarabağ Azərbaycandır!”
A.Məmmədov onu da vurğulayıb ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev atasından əxz etdiyi nadir şəxsiyyətlərə məxsus bu keyfiyyətləri şərəflə daşıyır: "Ulu Öndər Heydər Əliyevin bütün sahələrdə başlatdığı işlər sahəsində gördüyü nəhəng layihələri respublikamızın Prezidenti cənab İlham Əliyev layiqincə davam etdirir. Məqsəd isə birdir – Azərbaycan xalqının daha xoşbəxt və firavan yaşamasını təmin edilməsi, ölkəmzin adının ən yüksək zirvələrdə çəkilməsi. Bizlər də hər bir vətəndaş kimi inanırıq ki, Azərbaycanı, onun xalqını uğurlu daha gələcək gözləyir. Azərbaycanın dahi oğlu Ulu Öndər Heydər Əliyevin əməlləri, müqəddəs ideyaları və arzuları xalqımızın qəlbində əbədiyyən yaşayacaq, yaşadılacaqdır!".
Kəlbəcər rayon təşkilatının Aparat rəhbəri Qənahət Əsgərov müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin xalqımızın qarşısında göstərdiyi xidmətlərdən, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət haqqında konfrans iştirakçılarına məlumat verib: «Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır".
Q.Əsgərov onu da vurğulayıb ki, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan Böyük Şəxsiyyət Heydər Əliyevin ideyaları hazırda Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilir, yeni-yeni uğurlara yol açır: "Bu gün Ulu Öndərin ruhu rahatdır. Çünki xalqımızın, Güclü Ordumuzun Sərkərdəsi, Ulu Öndərin layiqli davamçısı İlham Əliyev 30 il qaçqınlıq həyatımıza son qoydu. 20 faiz torpaqlarımızın həsrətinə son qoydu. Bir daha sübut olundu ki, Ulu Öndərin uğurlu daxili və xarici siyasəti Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirir”.
Vidiokonfransda digər çıxış edənlər də qeyd ediblər ki, Dahi Şəxsiyyət Şeydər Əliyev böyük ideyaların müəllifi kimi nəsildən-nəsilə keçərək Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB