Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov Hadrut qəsəbəsindəki Çaylaqqaya (Xtsaberd) və Köhnə Tağlar (Hin Tağlar) kəndləri ərazisindəki qarşıdurmanı şərh edərkən bildirib ki, son toqquşmalardan sonra vəziyyət normallaşıb. Bu barədə "RİA Novosti" məlumat yayıb.
"Hazırda bu bölgədəki vəziyyət normallaşıb. Rusiya sülhməramlıları vəziyyəti daim izləyir, Ermənistan və Azərbaycan tərəflərinin nümayəndələri ilə qarşılıqlı əlaqəni davam etdirirlər", - deyə Rüstəm Muradov əlavə edib.
Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumatda qeyd olunub ki, 2020-ci il noyabr ayının 26-da işğaldan azad olunmuş Xocavənd rayonunun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülmüş, 2 nəfər yaralanmış, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olmuş və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB