Masallıda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı ağacəkmə aksiyası keçirib - FOTOLAR

Masallıda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı ağacəkmə aksiyası keçirib - FOTOLAR

YAP Masallı rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı ağacəkmə aksiyası keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirib ki, aksiyanın əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək, ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarət olub.

S.Əliyev onu da vurğulayıb ki, bugün çox böyük qələbəmizin sevincii yaşayırıq: “Qələbə Zəfəri ilə keçirilən Paradın sevincini yaşayırıq. Düz 30 il idi ki, Azadlıq meydanında bu Paradın keçirilməsini gözləyirdik. Sentyabrın 27-dən başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi 30 illik həsrətə son qoydu. Bu Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının həm siyasət, həm də döyüş meydanında diplomatik siyasətinin, Müzəffər Şanlı Ordumuzun, igid əsgər və zabitlərimizin qanı töküldüyü Qarabağ Azərbaycandır! Müqədəs torpağımızın həsrətinə son qoyulduğu Zəfərin dünyaya nümayiş ediləcək Paradıdır. Bu Parad torpaqlarımızın işğaldan azad olunmasında hərbi texnikamızın, həmin torpaqlarda dalğalanan üç rəngli Bayraqlarımızın nümayiş olunduğu, intizarında və həsrətində olacağımız PARAD idi. Bu Qarabağ Azərbaycandır!”.

S.Əliyev onu da vurğulayıb ki, YAP Masallı rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar rayonun 37 ərazi vahidində 1500 dən çox ağac əkmişlər: “Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə respulikamızın şəhər və rayonlarında çoxsaylı tədbirlər, o cümlədən irsinin öyrənilməsi ilə bağlı elmi toplantılar, anım mərasimləri keçirilir. Bu aksiyaya da hamılıqla böyük həvəslə qatılıblar. Bu gün burada əkilən yüzlərlə ağac möhtərəm Prezidentimiz İlham Əliyevin ölkədə ekoloji durumu bir qədər də yaxşılaşdırmaq, yaşıllıq zonaları salınmaq istiqamətində həyata keçirdiyi böyük layihələrin dəstəklənməsi, Heydər Əliyev Fondunun “Hərəyə bir ağac əkək» aksiyasının davamıdır”.

YAP Masallı rayon təşkilatının sədri S.Əliyev onu da deyib ki, bütün bunlara görə hələ öz sağlığında xalqın Ümummilli Lideri səviyyəsinə yüksələn möhtərəm Heydər Əliyev heç vaxt unudulmayacaq, daim Azərbaycan xalqının qəlbində yaşayacaqdır.

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə