Azərbaycanda koronavirusa 4 451 yeni yoluxma qeydə alınıb 39 nəfər vəfat edib
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 451 yeni yoluxma faktı qeydə alınıb, 4 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 175 874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 111 918 nəfər müalicə olunaraq sağalıb, 1 922 nəfər vəfat edib, aktiv xəstə sayı 62 034 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 059, bu günə qədər isə ümumilikdə 1 953 303 test icra olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB