"Biz Birlikdə Güclüyük" şüarı ilə Azərbaycan Gənclərinin IX Forumu-nun növbəti Zona Toplantısı Gəncə-Qazax zonası üzrə Gəncə şəhərinin təşkilatçılığı ilə təşkil edildi. SİA-nın məlumatına görə, toplantının rəsmi hissəsində Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov və Millət Vəkilləri Naqif Həmzəyev və Müşfiq Cəfərov iştirak ediblər. 300 nəfərdən çox gəncin iştirakı ilə keçirilmiş zona toplantısında Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək forumun tarixi önəmindən söz açdı. Gəncə şəhərindən olan gənc alim Elnur Həsənov, Samux rayonundan tələbə Aygün Cabbarova, Göygöl rayonundan Şəhriyar İsmayılov, Tovuz rayonundan Nərgiz Sabirli, Daşkəsən rayoundan Nigar Məmmədzadə, Mingəçevir şəhərindən Samrin Xanlayev, Gədəbəy rayonundan Pərviz Bayramov, Qazax Rayonundan Ülvi Zeynalov, Yevlax şəhərindən Fərid Vaqifli, Şəmkir rayonundan Elvira Allahverdiyeva, Ağstafa rayonundan Ləman Cəlilova çıxış ediblər. "Biz birlikdə güclüyük", "Gənclərin sağlamlığı – xalqın sağlamlığıdır" mövzularında çıxışlar dinlənilib.
Rəsmi qonaqlar Zona toplantısında çıxış edərək ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətlərindən, Azərbaycan gənclərinin cəmiyyətin inkişafındakı rolundan danışıblar. Çıxışlardan sonra toplantıda iştirakçıların sualları cavablandırıldı və ətraflı fikir mübadiləsi aparıldı. Zona toplantısında Gəncə-Qazax zonası üzrə Azərbaycan Gənclərinin IX Forumuna 157 nümayəndə seçilib. Görüş Zona Toplantısının Qətnaməsinin qəbulu ilə başa çatdı.
Qeyd edək ki, Azərbaycan Gənclərinin IX Forumunun Gəncə-Qazax zonası toplantısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 5.7.1.-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə keçirilir.Azərbaycan Gənclərinin IX Forumunun Gəncə-Qazax zona toplantısı keçirilib. #IXGənclərForumu #Gənclərsiyasəti #MysAz #MysGovAz
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB