Azərbaycanda daha bir kəndin adı dəyişdirilir

Azərbaycanda daha bir kəndin adı dəyişdirilir

Azərbaycanda daha bir kəndin adı dəyişdirilir. SİA-nın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Belə ki, iclasda “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə məsələ müzakirəyə çıxarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə