Biz təbrizlilər Sizinlə fəxr edirik Soydaşlarımız yazır

Biz təbrizlilər Sizinlə fəxr edirik Soydaşlarımız yazır

Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları göndərməkdə davam edirlər. Onlar Vətən müharibəsində qazandığımız tarixi Qələbəni böyük sevinc və qürur hissləri ilə qarşıladıqlarını bildirir, dövlətimizin başçısına təşəkkür edirlər. SİA Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir:

Möhtərəm Prezident.
Siz şərəfli bir insanın layiqli və şücaətli oğlusunuz.Biz təbrizlilər Sizinlə fəxr edirik.Mən şəxsən sevinirəm ki, Sizinlə eyni dövrdə yaşayıram.Siz qeyrətli müsəlman kimi Qarabağı Azərbaycana və İslama qaytardınız, məscidlərimizi murdarlardan xilas etdiniz.
Allah Sizi və möhtərəm ailənizi qorusun, hər zaman başıuca eləsin. Amin!
Çox hörmətlə,
Kərim Xoşzarə
İran İslam Respublikası, Təbriz şəhəri.

Bütün xəbərlər Facebook səhifəmizdə