Siz Azərbaycanın Milli Qəhrəmanı adına layiqsiniz

Siz Azərbaycanın Milli Qəhrəmanı adına layiqsiniz

Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları göndərməkdə davam edirlər. Onlar Vətən müharibəsində qazandığımız tarixi Qələbəni böyük sevinc və qürur hissləri ilə qarşıladıqlarını bildirir, dövlətimizin başçısına təşəkkür edirlər. SİA Prezidentin saytına istinadla həmin məktubların birini təqdim edir:

Mən bir Azərbaycan vətəndaşı kimi qələbə qazandığımız üçün çox sevinirəm və Sizi ailəmiz adından, şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi. Dövlətimiz və xalqımız üçün etdiklərinizə görə Sizə çox minnətdarıq. Siz Azərbaycanın Milli Qəhrəmanı adına layiqsiniz. Əziz Prezidentimiz, əminik ki, Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən uğurla gələcəyik. Allah Sizi qorusun.
Hörmətlə,
Eldar Əhmədov,
Neftçala rayonu Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Azərbaycan Respublikası, Neftçala rayonu, Mirqurbanlı kəndi

Bütün xəbərlər Facebook səhifəmizdə