19 may, hava haqqında

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentinin Hidrometroloji Proqnozlor bürosundan SİA-ya verilən məlumata görə, bu gün hava dəyişkən buludlu olacaq. Gün ərzində fasilələrlə tutulacaq havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bakıda gecə 14-16° isti, gündüz 23-25° isti olacaq.
Atmosfer təzyiqi isə normadan yüksək 766 millimetr civə sütunundan 759 civə sütununa enəcək. Gecə 70-80 faiz olan nisbi rütubət, gündüz 55-60 faizə qədər azalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə