"Ulu Öndər Heydər Əliyevin qüdrətli dövlətçilik siyasi kursunun təntənəsidir"
YAP Laçın rayon təşkilatı bu mövzuda vidio-konfrans keçirib
Lünən YAP Laçın rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının sədirləri ilə "Ulu Öndər Heydər Əliyevin qüdrətli dövlətçilik siyasi kursunun təntənəsidir" mövzusunda elmi video konfrans keçirib.
YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan Öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil: "Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir".
Daha sonra Milli Məclisin deputatı Mahir Abbaszadə çıxış edərək bildirib ki, bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir: "Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın Prezidenti, həm də dünya azərbaycanlılarının Lideridir".
M.Abbaszadə onu da bildirib ki, Azərbaycanın 20 faiz torpaqları erməni təcavüzkarları tərəfindən 30 il işğal altında olmuşdur: «27 sentyabr 2020 -ci il tarixdə işğalçı Ermənistanın Azərbaycana qarşı txrətdiyi təxribata qarşı başlanan Vətən Müharibəsinin 44 gün ərzində Qələbə Zəfəri əldə etməsi Prezident, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda böyük qələbələrə imza atdı. Dövlətimizin qətiyyəti, ölkə Prezdenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazan rəşadətli ordumuz düşməni diz çökdürdü, şanlı tarix yazdı".
Onlayın konfrasda çıxış edən YAP Laçın rayon təşkilatının Şura üzvü Uğurlu Şəbnəm çıxış edərək qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə 10 dekabr 2020-ci il tarixində Bakıda keçirlən Zəfər Paradı hərbi texnikamızla yanaşı düşmənin qənimət kimi əldə olunan, həmçinin darmadağın edilən hərbi texnikaları nümayiş olundu və hər kəs bundan qürur duydu. Qələbə Paradı tariximizə qızıl hərflərlə yazıldı.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB