Aleksandar Svetkov istefa edib. SİA-nın məlumatına görə, Bolqarıstanın rabitə və informasiya texnologiyaları naziri Aleksandar Svetkovun istefasını ölkənin baş naziri Boyko Borisov da təstiqləyib. Baş nazirin sözlərinə görə, Svetkovun istefa ərizəsi qəflətən təqdim olunub: \"Nazirlər kabinetinin yığıncağında rabitə sahəsi ilə bağlı bir sıra mövzular müzakirə edilirdi. Bu məqamda gözlənilmədən Aleksandar Svetkov istefa ərizəsini təqdim etdi\".
Rabitə nazirinin qərarı surpriz qəbul olunsa da, nazirliyin mətbuat xidməti Svetkovun \"şəxsi\" səbəblərə görə istefa etdiyini bildirib.
Bolqar siyasətçilər isə Bolqarıstan Dövlət Dəmiryollarının böhran həddinə gəldiyini diqqətə çatdıraraq, iflasın əsas səbəbini də bununla əlaqələndiriblər.
Qeyd edək ki, Aleksandar Svetkov, 2009-cu ilin iyul ayından bu günə kimi ölkədə istefa edən beşinci nazirdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB