Azərbaycanda komendant saatı ləğv edilir? - RƏSMİ

Azərbaycanda komendant saatı ləğv edilir? - RƏSMİ

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda komendant saatının ləğv edilməsi məsələsi müzakirə edilib.

SİA-nın məlumatına görə, iclasın gündəliyinə daxil olan ilk məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00:00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarı olub.

Müzakirələrdən sonra qərar səsverməyə qoyularaq təsdiq edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə