Bakı-Pirşağı-Sumqayıt qatarı gecikdi Sərnişinlər narazıdır-YENİLƏNİB-FOTO

Bakı-Pirşağı-Sumqayıt qatarı gecikdi Sərnişinlər narazıdır-YENİLƏNİB-FOTO
Xəbər verdiyimiz kimi Bakıdan Sumqayıta 08:50-də çatmalı olan Bakı-Pirşağı-Sumqayıt sürət elektrik qatarı vaxtında stansiyaya çatmamışdı. Hazırda problem aradan qaldırılıb və qatar 09:05-də stansiyaya çatıb. **** 08:54. Bakıdan Sumqayıta 08:50-də çatmalı olan Bakı-Pirşağı-Sumqayıt sürət elektrik qatarı vaxtında stansiyaya çatmayıb. SİA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, problemə səbəb şəbəkənin itməsi göstərilir. Hazırda xeyli sayda sərnişin stansiyadadı və narazılığını bildirir.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə