Hərbi qulluqçulara “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi - SƏRƏNCAM

Hərbi qulluqçulara “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Sərəncam imzalayıb. SİA-nın yaydığı sənəddə deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin:

Həşimov Polad İsrayıl oğlu – general-mayor (ölümündən sonra)

Mirzəyev İlqar Anzor oğlu – polkovnik (ölümündən sonra)

Hüseynov İbad Mövsüm oğlu – ehtiyatda olan baş çavuş.

Bütün xəbərlər Facebook səhifəmizdə