Vanda Azərbaycan prospekti

Bu gün Türkiyədə Azərbaycan prospektinin açılışı olub. Bu barədə açılış mərasimində iştirak edən Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli deyib.

O bildirib ki, prospekt Türkiyənin Van vilayətində yerləşir. Azərbaycan prospekti ilə yanaşı vilayət ərazisində Qarabağ məhəlləsi adlandırılan küçənin də açılışı olub: "Mərasimdə Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri İsmayıl Ağayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib. Tədbirdə Van bölgəsinin rəhbər işçiləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər".

Bütün xəbərlər Facebook səhifəmizdə