Dəmir yumruqlu 44 günlük Vətən Müharibəsinin ZƏFƏR PARADI

Dəmir yumruqlu 44 günlük Vətən Müharibəsinin ZƏFƏR PARADI

Azadlıq meydanında Müzəffər Ordumuzun Qələbə sevincimiz nümayiş etdiriləcək

Bu gün 30 il işğal altında olan torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası müstəqilliyimizin əbədi olduğunu bir daha təsdiq etdi. Vətən müharibəsində xalqımızın qazandığı Şanlı Qələbə Ulu Öndərin vəsiyyətlərinin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək səviyyədə yerinə yetirildiyinə əyani sübutdur. Və bunun məntiqi davamı olaraq dekabrın 10-da keçiriləcək Qələbə Paradı Müzəffər Ordumuzun igid əsgər və zabitlərimizin şücaəti sayəsində qazanılan, xalqımızın birliyi, həmrəliyinin nəticəsi olan nümayişdir.

Artıq bu sevici dadmağımıza sanılı saatlar qalıb. Qürur və fəxr olunacaq 10 dekabr paradı müstəqil tariximizə həkk olunacaq tarixi hadisə olacaq. Doğrudur, Azadlıq meydanında çox paradlar keçirilib. Ancaq 10 dekabrda keçiriləcək Qələbə Paradı Vətən Müharibəsinində Azərbaycanın qalib olduğunu göstərməklə yanaşı, regionun lider ölkəsi olduğunu təsdiq etməsidir. Dəmir yumruğa çevrilən 44 günlük Vətən Müharibəsinin ZƏFƏR PARADının keçirilməsi özü haqqında "məğlubedilməzlik sindromu" yaradan Ermənistanın qısa müddət ərzində məhz Azərbaycan Ordusu tərəfindən darmadağın edildiyinin təsdiqidir. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq.

“Hər kəs gücümüzü, qüdrətimizi, iradəmizi gördü”

Bu gün Azərbaycan xalqı böyük sevinci yaşayır. 30 il torpaq, yurd həsrəti çəkən və “qaçqın, məcburi köçkün" adından qurtulduğu sevincini yaşayır. 10 dekabrda keçiriləcək Qələbə Paradı bir daha göstərəcək ki, Güclü Lideri, Müzəffər Ordusu, rəşadətli əsgər və zabitləri, Xalq-İqtidar birliyi olan Azərbaycan ancaq və ancaq belə bir sevinci yaşamağa layiqdir! Dövlətimizin başçısı İlham Əliyevin Laçının azad edilməsi ilə bağlı xalqa müraciətində qeyd etdiyi kimi, hər kəs gücümüzü, qüdrətimizi, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. İradəmiz də, təcrübəmiz də var: "İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!”.

Bu Qələbə eyni zamanda, göstərdi ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildi və bütün xalqımız, o torpaqları tərk edənlər, qayıtmaq arzusunda olanlar, o torpaqlarda heç vaxt olmayan, amma o bölgələrdən olan gənc nəslin nümayəndələri, hər kəs bir arzu ilə yaşayıb və bu arzu həyata keçirildi. Artıq müharibə arxada qaldı.

Zəfər tarixini yazan Azərbaycan hərb tarixinə yenilik kimi daxil olan strategiya tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə az itkilər verərək qısa müddətdə düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Ermənistan ordusu yoxdur, məhv edilib. Ermənistan ordusu onilliklər ərzində yaradılırdı və onlara hərbi texnika pulsuz verilirdi. Bu məqam 44 günlük müharibə dövründə daha aydın özünü göstərdi.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev hələ Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda təntənəli hərbi parad keçirilən zaman Qələbə paradının anonsunu vermişdi. Bu parad möhtəşəmliyi ilə seçiləcək, digər paradlardan fərqli olacaq. Artıq Azərbaycan bu paradı Qələbəmiz münasibətilə keçirəcək. Dövlətimizin başçısı xalqa müraciətlərində daim bu məqamı da xüsusi qeyd edir ki, Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində şanlı Qələbəsi münasibətilə təşkil olunacaq hərbi paradda düşmənin məhv edilmiş və ya qənimət kimi götürülmüş texnikaları da nümayiş olunacaq.

Bu müharibə göstərdi ki, dövlətimizin başçısı İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir.

Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir.

Son 17 ilin əsas hədəfləri sırasında Azərbaycanın hərbi büdcəsinin Ermənistanın ümumi büdcəsindən dəfələrlə artıq olmasına nail olmaq idi. Bugünkü Qələbəmiz bu reallığın təsdiqidir. Dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantı istisna edilmir. Müharibə şəraitində yaşayan ölkə olaraq ordu quruculuğu, hərbi xərclərimizin artırılması suveren hüququmuzdur. Ölkədə ən müasir tələblərə cavab verən ordu quruculuğu dünyanın heç bir yerində olmayan böyük sürətlə aparıldı. Zəfər tarixini yazan Azərbaycan hərb tarixinə yenilik kimi daxil olan strategiya tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə az itkilər verərək qısa müddətdə düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azadlıq meydanında müxtəlif dövrlərdə paradlar keçirilən paroaddan fərqli olaraq bu dəfə Azərbaycan ordusu düşmən ordusunu darmadağın edən, düşmənə qalib gələn, ərazi bütövlüyünü təmin edən bir ordu kimi paradda iştirak edəcək. Bunun əhəmiyyəti həddindən artıq çoxdur. Parad Azərbaycan tarixinə ilk möhtəşəm parad olaraq yazılacaq. Paradda xarici ölkələrin nümayəndələri, o cümlədən qardaş Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın rəhbərliyilə böyük nümayəndə heyəti iştirak edəcək. Bu, eyni zamanda, dünyaya Azərbaycanın dostlarının kimlər olduğunu aydın nümayiş etdirəcək. Bu baxımdan da bu Parad qürurverici və əhəmiyyətli tədbirdir.

Böyük səbirsizlik və sevinclə gözlədiyimiz Qələbə Paradı günü ilə. Qarabağ Azərbaycandır!.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə