Ermənilərin ən çox qorxduğu artileriya komutanı: yaralandı, geri çəkilmədi Taleh Əliyevi siz də tanıyın!
Peşəkar zabit, "N" saylı hərbi hissənin artilleriya rəisi, polkovnik-leytenant, Vətən Müharibəsi qazisini, qəhrəmanını - Taleh Zaman oğlu Əliyevi siz də tanıyın!
Peşəkar zabit, "N" saylı hərbi hissənin artilleriya rəisi, polkovnik leytenant Əliyev Taleh Zaman oglu Vətən müharibəsində erməni snayperinin gülləsindən başından ciddi xəsarət alıb və hazırda müalicəsini davam etdirir.
T.Əliyev Füzuli, Şuşa uğurunda gedən qanlı savaşda ön cəbhədə iştirak edib, başından xəsarət almasına baxmayaraq sona qədər döyüşməyi davam etdirib. Onu da bildirək ki, düşmən snayperindən atılan güllə qəhrəmanımızın dəbilqəsini deşib keçib, onu ölümdən dəbilqə xilas edib. Əgər başında dəbilqə olmasaydı T.Əliyevin xilas olması mümkün deyildi. Hazır o, düşmən snayperindən deşilən dəbilqəsini saxlayır.
27 oktyabrda Hadrud, Tug, Daşaltı, Şuşa isdiqamətində gedən döyüşlərdə qəhrəmanlığı ilə fərqlənən T.Əliyev noyabrın 4-də Daşaltınının azad olunmasında iştirak edib, noyabrın 5-i Şuşa-Lacın yolunun baglanması tapşırıgı yerinə yetirərkən yaralanıb, lakin ayın 7-də yenidən döyüşlərə qatılıb və öz bölmələrini bacarıqla idarə etməyə başlayıb, öz cəbhə yoldaşlarının sıralarına qayıdıtdıqdan sonra Şuşa Xankəndi yolunun baglanmasında iştirak edib.
Qeyd edək ki, 1996-2000-ci illərdə Bakı Ali Birləşmiş Komandirlər Məktəbini bitirib, Türkiyədə komta kurmay və karargah subayı kurslarını və Azərbaycanda Ali Hərbi Akademiyanın taktiki və əməliyat kurslarını bitirən N saylı hərbi hissənin artilleriya rəisi polkovnik leytenant, peşəkar zabit Əliyev Taleh Zaman oglu hazırda müalicəsini davam etdirir.
Biz də zabitimizə, Vətən müharibəsi qazisinə, qəhrəmanımıza Allahdan şəfa diləyirik və tezliklə sağalıb öz müqəddəs işinin başına qayıtmasını diləyirik.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB