919-dan artıq əsgər və zabitlərimizin müalicəsi davam etdirilir - Hikmət Hacıyev
2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstəriləcəkdir. H.Hacıyev bildirib ki, koronavirusun artma tendenisyasını nəzərə alaraq Azərbaycanda sərtləşdirilmə ilə bağlı qərarlar qəbul edilib: "Burada əsas məqsəd insanların sağlamlığının qorunması və yoluxmaların sayının azaldılmasıdır. Səhiyyə sisteminin üzərinə düşən yükün də azaldılması vacib bir şərtdir. Sentyabrın 27-dən səhiyyə sistemimiz 2 cəbhədə fəaliyyət göstərib. Hazırda xəstəxanalarda 919-dan artıq əsgər və zabitlərimizin müalicəsi davam etdirilir".
O, həmçinin qeyd edib ki, evi tərk edən koronavirus xəstələri ilə bağlı 2020-ci il ərzində 266 nəfər barəsində cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB