Nazir: “Viza ilə bağlı çətinliklərin olması türk iş adamları üçün narahatlıq və problemlər yaradır”

Nazir: “Viza ilə bağlı çətinliklərin olması türk iş adamları üçün narahatlıq və problemlər yaradır”

Azərbaycana səfərlərdə viza ilə bağlı çətinliklərin olması türk iş adamları üçün narahatlıq və problemlər yaradır. SİA-nın xəbərinə görə, bu barədə Türkiyənin dövlət naziri Zəfər Çağlayan "EcoVision" jurnalına müsahibəsində bildirib. O vurğulayıb ki, viza rejiminin olması təkcə biznes yox, istehlakçılara da mənfi təsir edir. Onun sözlərinə görə, turist, istehsalçı, investor olmasından asılı olamayarq, istənilən sahədə insanlar çətinliklərlə qarşılaşırlar".

"Azəri qardaşlarımız bizim ən hörmətli qonağımız olduğu kimi, biz də azəri qardaşların ən hörmətli qonağıyıq. Ticarət və iqtisadi əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı investisiyaların artırılması üçün insanların sərbəst səyahəti də böyük əhəmiyyət daşıyır", - deyə o əlavə edib.

Hazırda Türkiyənin 65 ölkə ilə viza rejimini aradan qaldırdığını deyən nazir qeyd edib ki, aprelin 16-dan Rusiya ilə viza rejimi ləğv olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə