Azərbaycanda Anım Günü ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

Azərbaycanda Anım Günü ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

27 sentyabr Azərbaycan Respublikasında Anım Günü kimi təqvimə salınacaq. SİA-nın məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinə yeni maddə (106-1.) əlavə edilir.

Yeni maddəyə əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günüdür.

Məsələ Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə