Ali təhsil müəssisələrinin hüquqşünaslıq, politologiya, beynəlxalq münasibətlər, regionşünaslıq, şərqşünaslıq, dövlət idarəçiliyi və sosiologiya ixtisasları üzrə yuxarı kurslarında təhsil alan və ya ali təhsilini yeni bitirmiş gənclər Miqrasiya Məktəbində iştirak üçün dəvət olunurlar. SİA-nın verdiyi məlumata görə, məktəb barədə ətraflı məlumatı Konsepsiya Sənədindən əldə edə bilərsiniz. İştirakçılar proqram çərçivəsində miqrasiya sahəsində peşəkar biliklərə yiyələnmək, müasir miqrasiya trendləri barədə məlumat almaq, Azərbaycanda miqrasiyanın idarəolunması mexanizmi və hüquqi çərçivə ilə bağlı nəzəri və praktiki biliklər əldə etmək, eləcə də Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı qazanacaqlar.
Şərtlərə uyğun gələn, təlim proqramında iştirak etmək arzusu olan şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
• CV; • Qeydiyyat forması.
İlkin seçimdən keçmiş şəxslər müsahibə üçün dəvət olunacaq. Proqramda iştirak üçün sənədlər 19 dekabr 2020-ci il tarixədək elektron poçt ([email protected]) vasitəsilə qəbul olunur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB