Məşhur amerikalı aparıcı Gəncədə olub - FOTOLAR

Məşhur amerikalı aparıcı Gəncədə olub - FOTOLAR

ABŞ-ın məşhur və geniş dinləyici auditoriyasına malik olan “Con Batçelor Sou” radio verilişinin aparıcısı Con Batçelor Gəncə şəhərinə səfər edib.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Con Batçelor ölkənin ikinci böyük şəhərinə səfəri çərçivəsində ermənilərin atdığı raket mərmisinin düşdüyü əraziyə baxıb. Jurnalist baş verənlərlə bağlı tam məlumatlandırılıb.
Məqsəd erməni terrorunu, erməni vəhşiliyini dünya ictimaiyyətinə, o cümlədən Amerika cəmiyyətinə çatdırmaqdır. O qeyd edib ki, gördükləri müharibə cinayətidir və həqiqətləri hər kəs bilməlidir.
“Amerikaya dönüb canlı yayım edəcəyik. Konflikt barədə, xüsusilə Gəncə hadisələri ilə bağlı Amerika cəmiyyətinə dolğun məlumat verəcəyik. Mən bura gəlməzdən öncə Tramp administrasiyasının təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Boltonla Azərbaycandakı və Qafqazdakı vəziyyəti müzakirə etmişik. Hesab edirik ki, bu regionun çox parlaq gələcəyi var”, deyə Con Batçelor sözlərinə əlavə edib.
Səfər çərçivəsində Con Batçelor Gəncə şəhərində raket zərbələrinin düşdüyü digər ərazilərə də baş çəkib. Məlumat üçün bildirək ki, Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə mülki şəxslərin yaşadığı ərazilər “Skad” tipli ballistik raketlərdən atəşə tutulub. Nəticədə uşaqlar da daxil olmaqla 26 dinc sakin dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə