Ermənistanla Azərbaycan arasında müharibə dəmir yolunu necə kəsdi?
Keçmiş SSRİ-nin cənubunda İrəvan-Bakı xəttinin üstündə bir ölü yol var. Əlbəttə, bu yol zamanında iki SSRİ "qardaş" respublikaları bir-birinə bağlayan strateji dəmiryolu xətti idi...

SSRİ-nin şimal hissəsindən fərqli olaraq cənubdakı bu yol kommunizmin böyük bir tikinti layihəsi deyildi, amma tədricən böyüdülmüşdü, işlək vəziyyətə gətirilmişdi... 1902-ci ildə Tiflisdən ilk qatar Alexandropoldan Erivana gəlir və 1908-ci ildə bu xətt Naxçıvan yolu ilə Culfaya qədər uzanır. Culfa ənənəvi olaraq İrana əsas qapı rolunu oynayırdı. 1914-cü ildə Araz çayının sol sahilində ilk dəfə bir lokomotiv fiti çalınır. Həmin vaxta qədər Təbrizdəki terminal stansiyasında bir Sormovo buxarı lokomotivi dayanırdı...

Digər tərəfdən, Bakıdan 1936-cı ildə dəmir yolu Qafan rayonundakı mis mədənlərinə qədər gəldi. Və nəhayət, 1939-41-ci illərdə Zaqafqaziyanın üç paytaxtının dəmir yolu halqası Culfa-Mincivan xətti ilə bağlandı.

SSRİ sərhəd qoşunlarının xüsusi dəstəsi Bakıdan Naxçıvana və bir az da irəli İrəvana gedən sərnişinlərin sənədlərini yoxlayır, çübhələndikləri sərnişinləri sorğu-suala tutrdular. Bu hal SSRİ-nin dağılmasına qədər davam etdi. Bakıdan İrəvana və Qafana, Moskvadan Naxçıvana və Tehrana uzanan dəmir yolunun kəsişməsi məhz Mehri-Culfa stansiyaları arasında baş tuturdu. Bu hissənin özü Azərbaycan Dəmir Yollarına aid idi və bu səbəbdən SSRİ-nin dağılması ilə əslində sahibsiz qaldı. Qarabağda separatizmin baş qaldırması iki qonşu xalqlar arasında uzunmüddətli müharibəyə səbəb oldu.

Ermənistanla Azərbaycan arasında bütün əlaqələr kəsildiyi kimi, kommunikasiya xətlərinin tərkibi olan dəmiryolu da bağlandı. Ermənilər Mehridən keçən dəmir yollarının demək olar ki, hamısını söküb atdılar, stansiyanın bütün avadanlıqlarını talan etdilər, paravozları, lokomotiv deposunu söküb atdılar. Sonuncu yük qatarı 1992-ci ildə Araz boyunca keçdi və 1993-cü ildə xidmət sona çatdı.

Müharibə təbii olaraq, magistral yolu parçalara ayırdı. İrəvandan Yerasx sərhəd stansiyasına gedən yollar olsa da Naxçıvana giriş yoxdur və burada da yalnız elektrik qatarları işləyir. Naxçıvan dəmir yolları Culfadan İranla əlaqə qurub. İran ərazisi boyunca 2000 kilometrdən artıq məsafə qət etməklə Məşhəd şəhərinə çatır. Azərbaycan ərazisində Ermənistanın işğalı səbəbindən yalnız Horadizə qədər dəmiryol xətti fəaliyyətdədir. İşğaldan azad olunan Cəbrayıl və Zəngilandan keçməklə xətti Mincivana qədər uzatmaq mümkün olacaq. Məsələ burasındadır ki, erməni işğalı zamanı "təhlükəsizlik kəməri" adlandırdıqları Azərbaycab rayonlarında - Cəbrayıl və Zəngilan ərazilərindəki dəmir yolları, Xudafərin stansiyasının dəmir konstruksiyaları sökülüb İrana satıldı, oradan isə İsfahan poladəritmə zavodlarına daşındı.

Üçtərəfli sözləşmədən sonra Dağlıq Qarabağda müharibə dayanıb. Xankəndində və ona bitişik kənd və qəsəbələrdə yaşayan ermənilərin Ermənistanla əlaqə yaratmaları üçün "Laçık dəhlizi" adlanan yol verilib. Və bu yolun əvəzi kimi Mehri stansiyasından keçməklə Naxçıvana dəmir yolu və avtomobil yolunun çəkilməsi gündəmdədir. İndi hər kəsi bir sual düşündürür, tarixi Mehri stansiyasından bir daha qatar keçəcəkmi?





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB