Antalya zəlzələsini Leonardo da Vinçi öncədən görübmüş - 500 il əvvəl
Egey və Aralıq dənizində baş vermiş zəlzələlər bəzi mənbələri yenidən oyadıb. 2020-ci ilin son aylarında baş vermiş titrəmələr haqqında alimlərin araşdırmaları daha çox diqqət çəkir. Prof. Dr. Nihat Dipova intibah dövrünün ən təsirli şahidlərindən biri olan Leonardo da Vinçinin gündəliyində Antalyada 500 il sonra baş verəcək textonik hadisə barədə yazıldığını iddia edib. SİA-nın məlumatına görə, Akdeniz Üniversiteti Mühəndislik Fakültəsinin professoru Dr. Nihat Dipova qeyd edib ki, rəssamlıqla yanaşı mühəndis və geologiya elmlərindən dərin anlayışı olan Leonardo da Vinci Antalya barədə qeydlərində burada bir sunaminin olacağını gündəliyinə qeyd edib. Prof. Dr. Dipova da Vinçinin gündəliyində Antalyada böyük bir zəlzələnin olacağını, dənizin çəkiləcəyini, dibindəki çatın görünəcəyini və bu müddətin 3 saata qədər davam edəcəyi barədə yazdığını söyləyib.
Bu yaxınlarda İzmirdə dağıntılara səbəb olan və 114 adamın həyatını itirdiyi, 1035 adamın yaralandığı 6,5 ballıq zəlzələ bir daha diqqəti bu məsələyə çəkib. 3 tərəfi dənizlələr əhatələnən Türkiyədə mütəxəssislər sunami də ola biləcəyini dilə gətirməsi ilə sahil ətrafında yaşayan insanlar baş verə biləcək sunami fəlakəti zamanı necə qoruna biləcəklərin öyrənməyə başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB